İsti hava ana və körpənin sağlamlığı üçün hansı riskləri yarada bilər? - HƏKİM AÇIQLADI

İsti hava ana və körpənin sağlamlığı üçün hansı riskləri yarada bilər? - HƏKİM AÇIQLADI

İsti hava həm hamilə qadın, həm də körpə üçün müəyyən risklər yarada bilər. Əksər hallarda bu risklər düzgün maye qəbulu, sərin mühit və günün ən isti saatlarından qorunmaqla azaldıla bilər.

Bu sözləri SİA-ya cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

O bildirib ki, susuzlaşma (dehidratasiya) çox tərləmə nəticəsində maye və elektrolit itkisi baş verir:

“Bu, başgicəllənmə, halsızlıq, ürəkdöyünmə və qan təzyiqinin enməsi ilə özünü göstərə bilər.İstilik vurması və istilik tükənməsi: Xüsusilə uzun müddət günəş altında qalmaq və ya havasız mühitdə olmaq təhlükəlidir. Yüksək hərarət, huşun qarışması və huşun itməsi təcili tibbi yardım tələb edir.

Ayaqlarda və əllərdə şişkinliyin artması

Vaxtından əvvəl uşaqlıq yığılmaları: Dehidratasiya bəzi qadınlarda yalançı və ya hətta vaxtından əvvəl doğuş sancılarını tətikləyə bilər.Hamiləlikdə təzyiq problemlərinin ağırlaşması: İsti hava bəzi qadınlarda özünü daha pis hiss etməyə səbəb ola bilər.

Ananın bədən temperaturunun uzun müddət yüksək qalması dölün stressinə səbəb ola bilər. Ağır susuzlaşma və istilik stresi plasentaya gedən qan axınını azalda bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə