Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dr.Mircəlal Kazımi “Tərəqqi” medalı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dr.Mircəlal Kazımi “Tərəqqi” medalı ilə təltif olunub

TƏBİB-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə orden və medallar təqdim olunub.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Anar Bayramov dövlət təltiflərinin tibb işçilərinin peşəkarlığına, fədakar əməyinə və ölkədə tibb xidmətlərinin inkişafına verdikləri töhfəyə göstərilən yüksək qiymətin ifadəsi olduğunu bildirib.
Daha sonra dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə, eləcə də Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı, Azərbaycanda və regionda ilk dəfə həm canlı donordan, həm də meyit donordan qaraciyər transplantasiyası əməliyyatı icra edən Kazımi Mircəlal Mirkazım oğluna “Tərəqqi” medalı təqdim olunub.
Dr. Mircəlal Kazımini bu yüksək dövlət təltifi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və gələcək fəaliyyətində böyük nailiyyətlər arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə