Mərkəzi Gömrük Hospitalının Laboratoriyası müasir texnologiyalar və beynəlxalq keyfiyyət standartları ilə dəqiq diaqnostika təmin edir
ЭMərkəzi Gömrük Hospitalının Laboratoriyası xəstəliklərin erkən aşkarlanması, dəqiq diaqnostika və pasiyentlərin həyat keyfiyyətinin yüksəlməsi üçün ən müasir texnologiyalarla təchiz olunmuş, milli və beynəlxalq standartlara tam uyğun və yüksək peşəkarlıqla fəaliyyət göstərən qabaqcıl kliniki şöbədir.
Laboratoriyada tam avtomatlaşdırılmış analizatorlar, süni intellekt dəstəyi və daxili-xarici keyfiyyət kontrolları nəticələrin dəqiqliyini və etibarlılığını təmin edir. Tətbiq olunan xarici və daxili keyfiyyət kontrolları sistemi nəticələrin etibarlılığına, səhiyyə normativlərinə tam riayət edilməsinə və risklərin minimuma endirilməsinə zəmanət verir.
Laboratoriya milli və beynəlxalq standartlara uyğun təşkil olunmuş infrastruktur, tam avtomatlaşdırılmış analiz sistemləri və müasir rəqəmsal idarəetmə texnologiyaları ilə fəaliyyət göstərir. Burada tətbiq olunan daxili və xarici keyfiyyətə nəzarət proqramları laborator nəticələrin dəqiqliyini və etibarlılığını təmin edir, eyni zamanda diaqnostik proseslərdə insan faktorundan qaynaqlanan riskləri minimuma endirir.
Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında kliniki, biokimyəvi, hematoloji, koaqulopatoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr həyata keçirilir. Geniş laborator xidmət spektri sayəsində müxtəlif xəstəliklərin erkən mərhələdə aşkar olunması, diaqnozun dəqiqləşdirilməsi və müalicə prosesinin izlənməsi üçün zəruri analizlər operativ şəkildə icra edilir.
Laboratoriyada istifadə olunan Roche Cobas sistemi biokimyəvi və immunoloji analizlərin yüksək dəqiqliklə aparılmasına imkan yaradır. Geniş test menyusuna malik bu platforma minimal insan müdaxiləsi ilə qısa müddətdə etibarlı nəticələrin əldə edilməsini təmin edərək klinik qərarvermə prosesinə mühüm dəstək verir.
İmmunoloji müayinələrdə tətbiq edilən VIDAS 3 sistemi yüksək həssaslığa malik immunoanaliz platformasıdır. Xüsusilə QuantiFERON testinin icrasında geniş istifadə olunan bu sistem infeksion xəstəliklərin diaqnostikasında etibarlı nəticələrin əldə edilməsinə şərait yaradır.
Qanın hüceyrə tərkibinin qiymətləndirilməsi tam avtomatlaşdırılmış Mindray hematoloji analizatorları vasitəsilə həyata keçirilir. Bu cihazlar eritrositlər, leykositlər, trombositlər və digər qan elementlərini yüksək dəqiqliklə analiz edərək hematoloji xəstəliklərin diaqnostikasında mühüm rol oynayır.
Qan laxtalanma sisteminin qiymətləndirilməsi məqsədilə istifadə olunan Sysmex koaqulometriya sistemləri hemostaz göstəricilərinin kompleks təhlilini təmin edir. Müasir texnologiyalar sayəsində müxtəlif koaqulopatiyaların erkən aşkarlanması və müalicə prosesinin dinamik izlənməsi mümkün olur.
Sidik və digər bioloji mayelərin laborator müayinələri Sysmex laborator sistemləri vasitəsilə həyata keçirilir. Müasir analizatorlar fiziki-kimyəvi göstəricilərin qiymətləndirilməsi, hüceyrə elementlərinin kəmiyyət analizi və morfoloji müayinələrin aparılması üçün geniş imkanlar yaradır.
Laboratoriyanın mikrobiologiya bölməsində istifadə olunan VITEK və BACT/ALERT sistemləri bakteriya və göbələklərin sürətli identifikasiyasını, həmçinin antibiotiklərə qarşı həssaslığın müəyyən edilməsini təmin edir. Bu texnologiyalar infeksion xəstəliklərin etiologiyasının operativ müəyyənləşdirilməsinə və rasional antibiotik terapiyasının seçilməsinə kömək edir.
Molekulyar diaqnostika sahəsində istifadə olunan Bio-Rad CFX96 real vaxt PZR sistemi virusların, bakteriyaların, göbələklərin və digər patogenlərin genetik səviyyədə yüksək həssaslıqla aşkarlanmasına imkan verir. Sistem infeksion xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, müalicənin effektivliyinin monitorinqində də geniş tətbiq edilir.
Laboratoriyada həmçinin Thermo Fisher Multiskan mikroplanşet fotometri vasitəsilə ELISA əsaslı immunoloji müayinələr həyata keçirilir. Cihazın yüksək optik dəqiqliyi laborator nəticələrin keyfiyyətinin artırılmasına və standartlaşdırılmasına töhfə verir.
Son illərin ən innovativ laborator həllərindən biri hesab olunan BioFire sistemi də Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında tətbiq edilir. Multiplex PZR texnologiyasına əsaslanan bu sistem respirator, mədə-bağırsaq, meningit və digər infeksion xəstəliklərə səbəb olan onlarla patogeni eyni vaxtda qısa müddət ərzində müəyyən edə bilir. Bu isə təcili tibbi yardım və intensiv terapiya şəraitində diaqnostik qərarların daha operativ qəbul edilməsinə imkan yaradır.
Laboratoriyanın texnoloji imkanlarını daha da genişləndirən, süni intellekt texnologiyaları ilə təchiz olunmuş SATLARS T8 platforması biokimyəvi və immunoloji analizlərin vahid sistem üzərində icrasını təmin edir. Platformaya inteqrasiya olunmuş süni intellekt texnologiyaları preanalitik prosesləri optimallaşdırır, nümunələrin ağıllı idarə olunmasını, avtomatik keyfiyyətə nəzarəti və nəticələrin daha sürətli, dəqiq və etibarlı əldə edilməsini təmin edir. Platformaya inteqrasiya olunmuş MAGLUMI X8 immunoloji analizatoru hormonal göstəricilər, onkomarkerlər, infeksion xəstəliklər, autoimmun xəstəliklər və kardioloji biomarkerlərin yüksək dəqiqliklə müəyyən edilməsinə imkan verir. Bioassay C8 biokimyəvi analizatoru isə qaraciyər və böyrək funksiyalarının qiymətləndirilməsi, lipid və karbohidrat mübadiləsinin monitorinqi, elektrolit balansının təhlili və digər klinik-biokimyəvi göstəricilərin operativ müəyyən edilməsində istifadə olunur.
Mərkəzi Gömrük Hospitalının Laboratoriyası davamlı texnoloji yenilənmə, beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət və innovativ laborator həllərin tətbiqi sayəsində ölkəmizdə müasir laborator diaqnostika sahəsinin inkişafına töhfə verir. Müasir avadanlıq parkı, geniş müayinə imkanları və peşəkar kadr potensialı laboratoriyanın müxtəlif profilli xəstəliklərin diaqnostikasında etibarlı tərəfdaş kimi fəaliyyət göstərməsinə şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB