Marketlərdə satılan, yoxsa evdə qoyulan turşular daha zərərlidir? - MÜTƏXƏSSİS AÇIQLADI
Turşular həm qida mədəniyyətimizin ayrılmaz hissəsidir, həm də sağlam qidalanma baxımından əhəmiyyətli rol oynayır. Ev şəraitində hazırlanmış turşular, adətən, təzə tərəvəz və ədviyyələrin təbii fermentasiyası ilə hazırlanır və insan orqanizmi üçün faydalı probiotiklər ehtiva edə bilər. Digər tərəfdən, marketlərdə satılan hazır turşular uzun müddətli saxlanma üçün konservantlar, rəng vericilər və natrium səviyyəsini artıran əlavələrlə istehsal olunur. Bu səbəbdən, hansının daha zərərli olduğu sualı həm istehsal üsuluna, həm də tərkibinə görə dəyişir. Sağlam qidalanma və təhlükəsiz qida istehlakı baxımından fərqli turşu növlərinin üstünlükləri və riskləri diqqətlə nəzərdən keçirilməlidir.
Maraqlıdır, marketlərdə satılan, yoxsa evdə qoyulan turşular daha zərərlidir?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, konservləşdirmə zamanı qaydalara düzgün əməl olunmazsa, bu nəticədə zəhərlənmə ilə nəticələnir:
 "Hətta bir çox hallarda ölümə də səbəb olur. Yaxşı olar ki, konservləşdirmə zamanı mütləq şəkildə meyvə-tərəvəz yaxşı yuyulsun, həmçinin keyfiyyətli, mövsümi və yerli məsullara üstünlük verilsin. Əgər meyvə-tərəvəzlərin hər hansı birində əzik və ya xarab olmuş hissə varsa, ondan ümumiyyətlə istifadə etmək tövsiyyə olunmur. Mütləq şəkildə sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır.
"Hətta bir çox hallarda ölümə də səbəb olur. Yaxşı olar ki, konservləşdirmə zamanı mütləq şəkildə meyvə-tərəvəz yaxşı yuyulsun, həmçinin keyfiyyətli, mövsümi və yerli məsullara üstünlük verilsin. Əgər meyvə-tərəvəzlərin hər hansı birində əzik və ya xarab olmuş hissə varsa, ondan ümumiyyətlə istifadə etmək tövsiyyə olunmur. Mütləq şəkildə sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır.
Konservləşdirmə zamanı istifadə olunan qablar şüşə olmaqla yanaşı, sterilizasiya da düzgün aparılmalıdır. Eyni zamanda saxlanma şəraiti və temperatur rejiminə də diqqət yetirilməlidir. Konservləşdirilmiş qidaların mümkün qədər qaranlıq və sərin yerdə saxlanılmasına diqqət etmək lazımdır. Bir çox hallarda yuxarıda qeyd olunan qaydalara əməl olunmur və yaxud qaynar su ilə isti emal olduğuna görə, qidanın tərkibində olan mikroorqanizmlərin qaynar su ilə yox olacağı düşünülür. Lakin steril qaydalara düzgün əməl olunmayıbsa bu zaman konservləşdirilmiş məsul zərərli hesab olunur. Eyni zamanda konservləşdirilən qidalar uzun müddət saxlanıldıqda diqqət etmək lazımdır ki, qapaq şişməsin. Xüsusilə də məsulun suyunda bulanıqlıq, çökmə varsa, həmin məsuldan istifadə etmək tövsiyyə olunmur. Bu sənaye üsulu ilə emal olunmuş qidalara da aiddir. Lakin sənaye üsulu ilə emal olunan qidaların ev üsulundakından fərqi ondandır ki, ev üsulu qidalarda konservantlardan istifadə olunmur. Sənaye üsulunda isə konservantlardan istifadə olunur və rəf ömürləri uzun olur, həmçinin zəhərlənmə daha az baş verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB