UNICEF-in nümayəndələri Naxçıvanda səfərdədirlər - FOTOLAR

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, səfərin əsas məqsədi muxtar respublikada immunizasiya proqramının həyata keçirilmə səviyyəsini qiymətləndirməkdir.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər regionda immunizasiya proqramlarının mövcud vəziyyəti, əhalinin vaksinasiya ilə əhatə olunma səviyyəsi barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və immunizasiya ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə