Bir gündə iki nəfəri xilas edən oğlan ŞERİFİN KÖMƏKÇİSİ OLDU

Oklahomadan (ABŞ) 11 yaşlı Davion Conson bir gündə iki nəfəri xilas etdi və bir neçə həftə sonra qəhrəmanlığının mükafatı olaraq Muskogee County şerifinin müavini oldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kiçik Şerif Qreq Martin uşağa fəxri adın verilməsi haqqında sertifikatı şəxsən özü təhvil verib.

Gənc qəhrəmanın xilas etdiyi ilk şəxs onun sinif yoldaşı olub. O, su şüşəsinin qapağında böğazında qalması səbəbi ilə boğulurmuş. Davion xatırladıb ki, o, bir dəfə YouTube-da bu vəziyyətlərdə necə davranmaq lazım olduğuna dair dərsliklərə baxıb. Uşaq öz biliklərini uğurla tətbiq edib və yoldaşını xilas edib.

Gənc qəhrəmanın təhsil aldığı məktəbin direktoru oğlanın həmişə təcili yardım həkimi olmaq istədiyini bildirib.

Həmin gün axşam Davion evə qayıdarkən yanan evdən çıxmağa çalışan əlil yaşlı qadını görüb. Qadın çox ləng hərəkət edirmiş, ona görə də oğlan küçənin o biri tərəfinə qaçıb, yaşlı qadının maşına minməsinə kömək edib və yanğınsöndürənləri çağırıb. Qəhrəmanlıq hərəkətlərinə görə uşaq, məktəbdən, Muskogee polis şöbəsindən və şerifdən olmaqla bir anda üç mükafat alıb.

Uşağın anası oğlu ilə çox qürur duyduğunu, lakin onun belə qəhrəmanlığına görə təəccüblənmədiyini bildirib və qeyd edib ki, oğlu həmişə çox cəsur və mehriban olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə