Bakı sakini dava zamanı bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Eynullayev Samir Vidadi oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...