Sabirabad rayonunda su kanalında meyit tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqusun 11-i saat 10:00 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB