Cibgirliklə məşğul olan şəxs tutulub

Cibgirliklə məşğul olan şəxs tutulub

Martın 29-u saat 14 radələrində Azadlıq prospekti 33-də 288 saylı xətt avtobusunda Rahil Məmmədov Şəhraz Salmanovun cibindən 49 manat oğurlayıb qaçarkən DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə Nəsimi RPİ 22-ci PB-yə təhvil verilib.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər oğurluq hadisəsinin qarşısını isə Binəqədi polisi alıb. Belə ki, martın 28-i saat 15 radələrində Azadlıq prospekti 197-də Bəhram Qurbanov Aygün Əliyevanın mobil telefonunu əlindən alıb qaçdığına görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə