Hadisənin üstü Məmmədova Çiçək Mahmud qızının Kəpəz rayon Polis Şöbəsinə mənzilinin qarət olunması ilə bağlı ərizə ilə müraciətindən sonra açılıb. Belə ki, adıçəkilən şəxs hüquq - mühafizə orqanı əməkdaşlarına bildirib ki, onun yaşadığı mənzildə, yəni Gəncə şəhər 4-cü Mikrorayon, bina 17 ev 19-a oğru girib. Mənzildən nə az nə çox, 2500 manat dəyərində nağd pul və qızıl zinət əşyaları götürülüb.
Aparılan istintaq zamanı məlum olub ki, cinayəti ailəyə yad olan oğru deyil, elə qadının doğma övladı törədib. Polis sübuta yetirib ki, pulu və qızıl zinət əşyalarını 1990-cı il təvəllüdlü İsrafilov Cahid Şahin oğlu müxtəlif vaxtlarda oğurlayıb. O, pulları futbol oyunlarında uduzub. Məbləğin son 300 manatını götürdükdən sonra isə valideynləri ondan şübhələnməsin deyə, evi qəsdlə dağıdıb. Nəticədə hər kəs mənzilə oğru girdiyini zənn edib.
Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Oqtay Mərdanov SİA-nın bölgə müxbirinə bildirib ki, aparılan əməliyyatla oğru saxlanılıb. Hazırda faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB