Lənkəranda güclü yanğın baş verib

İyulun 11-də günorta saatlarında Lənkəranda güclü yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yangın saat 15.00 radələrində şəhərin Şəhidlər Xiyabanı 60 ünvanında, 68 yaşlı Fəridə Axundovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Lənkəran yanğındam mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü və 90 kv.m - lik ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...