Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) 17.10.2026-cı il tarixində saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
SİA-nın əldə etdiyi məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB