Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə