Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var

Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var

Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.

SİA xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.

H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə