Bakı-Qazax magistralında avtomobil piyadanı vurub

Bakı-Qazax magistralında avtomobil piyadanı vurub

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib. Hadisə Bakı-Qazax magistralının 111-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Cəfərov Asəf Yusif oğlunu vuraraq ağır yaralayıb.

Müxtəlif politravmalar alan piyada travmatik şok vəziyyətində Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə