Son iki gündə Biləsuvar və Cəlilabadda 16 nəfər qarlı havada yıxılaraq xəsarət alıb

Son iki gündə Biləsuvar və Cəlilabad rayonlarında 16 nəfər qarlı havada yıxılaraq xəsarət alıb.

Bu barədə SİA-nın Muğan bürosunun sorğusuna cavab olaraq Biləsuvar və Cəlilabad rayon mərkəzi xəstəxanalarından məlumat verilib.

Bildirilib ki, fevralın 10-11-də qarlı havada xəsarət almaları səbəbindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına 14, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına isə 2 nəfər hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə