Son iki gündə Biləsuvar və Cəlilabad rayonlarında 16 nəfər qarlı havada yıxılaraq xəsarət alıb.
Bu barədə SİA-nın Muğan bürosunun sorğusuna cavab olaraq Biləsuvar və Cəlilabad rayon mərkəzi xəstəxanalarından məlumat verilib.
Bildirilib ki, fevralın 10-11-də qarlı havada xəsarət almaları səbəbindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına 14, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına isə 2 nəfər hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.