Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb

Qazaxda yağan güclü qar Abbasbəyli kəndində evin talvarının çökməsinə səbəb olub.

SİA-nın bölgə müxbiri xəbər verir ki, nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və “Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalıb. Maşınlar zərər görüb.

Hazırda qarın yağması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə