Qazaxda yağan güclü qar Abbasbəyli kəndində evin talvarının çökməsinə səbəb olub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və “Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalıb. Maşınlar zərər görüb.
Hazırda qarın yağması davam edir.