Zaqatalada dəm qazından zəhərlənmə baş verib.
SİA xəbər verir ki, hadisə şəhərin Ərəblinski küçəsində qeydə alınıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvləri - 66 yaşlı Sura Səmədova, 32 yaşlı İranə Səmədova, 6 yaşlı İsrafil Səmədsoy və 2 yaşlı Elisa Səmədsoydur. Onlardan Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB