Zaqatalada bir ailə dəm qazından zəhərlənib, onlardan ikisi azyaşlıdır

17 Yanvar 2026 09:49 (UTC+04:00)

Zaqatalada dəm qazından zəhərlənmə baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Ərəblinski küçəsində qeydə alınıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvləri - 66 yaşlı Sura Səmədova, 32 yaşlı İranə Səmədova, 6 yaşlı İsrafil Səmədsoy və 2 yaşlı Elisa Səmədsoydur. Onlardan Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.