Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb

Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb

Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb. SİA xəbər verir ki, hadisə noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranda qeydə alınıb.

Belə ki, həmin restoranın mətbəxində partlayış baş verib. Nəticədə Məlahət Cəfərova xəsarət alıb. Ancaq həkimlərinə səyinə baxmayaraq, qadın noyabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə