Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb. SİA xəbər verir ki, hadisə noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranda qeydə alınıb.
Belə ki, həmin restoranın mətbəxində partlayış baş verib. Nəticədə Məlahət Cəfərova xəsarət alıb. Ancaq həkimlərinə səyinə baxmayaraq, qadın noyabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.