Azərbaycan ərazisində 2025-ci ilin birinci yarımili ərzində 24 partlayış hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.
Bildirilib ki, partlayışlar zamanı 6 nəfər həlak olub, 38 nəfər xəsarət alıb. Məlumata görə, bu, 2024-cü ilin birinci yarımili ilə müqayisədə12 hadisə və ya 33% azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə