Ənvər Həsənovla vida mərasimi keçirilib

Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasim Xalq artistinin Şüvəlan qəsəbəsində yerləşən evində təşkil edilib.

Mərhumla vida mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Qeyd edək ki, Ənvər Həsənov ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib. O, vəsiyyətinə əsasən, Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə