Metronun "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaranıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub. Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Bununla belə, qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.

"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə