Ötən il 161 insan alveri və 1 məcburi əməyə cəlbetmə cinayəti qeydə alınıb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, insan alveri ilə məşğul olan 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib:
“Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. 80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilmiş, 9-u işlə təmin edilmiş, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə