Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə