Lənkəranda evi yanan vətəndaşa çadır qurulub - FOTOLAR - VİDEO

2 Fevral 2025 11:16 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

https://youtu.be/MwO_UUXkceM?si=mGdQ7gHg32jwM2lg