Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və "Sabah" komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.
SİA xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Denis Marandiçi ciddi zədə alıb. Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağa çalışarkən ayağı sınıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.
Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:0 “Turan Tovuz”un xeyrinədir.
Bütün xəbərlər Facebook səhifəmizdə