İosif Şaqal: "Azərbaycan xalqı gələcək rifahına səs verəcək"

Mən şübhə etmirəm ki, Azərbaycan xalqı əvvəllər olduğu kimi, budəfəki seçkilərdə də iradə nümayiş etdirərək, öz gələcək rifahına, Vətənin çiçəklənməsinə səs verəcək. SİA-nın xəbərinə görə, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Knessetin 17-ci çağırış deputatı, səfir İosif Şaqal bildirib.

“Peşəmlə əlaqədar olaraq uzun illər Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində, xüsusilə də qaynar nöqtələrdə, ərazi, etnik və dini münaqişə ocaqlarında baş verən prosesləri izləmişəm. XX əsrin sonu, XXI əsrin əvvəllərində baş verən prosesləri, xüsusilə də Sovet İmperiyasının süqutundan sonra müstəqillik qazanan dövlətlərin formalaşma tarixini təhlil etdikdə, həmçinin filosoflar, politoloqlar və hüquqşünasların cəmiyyətin siyasi və ölkəni idarəetmə sisteminin üstünlükləri və çatışmazlıqları barədə müzakirələrindən də bu qənaətə gəlmək olur ki, bir qayda olaraq, ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edən, eyni zamanda, düşünülmüş, davamlı və müstəqil xarici siyasət yürüdən dövlətlər düzgün yoldadır və sabitlik də məhz bu ölkələrdədir. Əfsuslar olsun ki, bu regionlarda belə ölkələr çox deyil. Bu səbəbdən dünyanın aparıcı mütəxəssislərinin, ekspertlərinin gənc olmasına rəğmən Azərbaycan Respublikasının sabit, dinamik inkişaf edən, müstəqil və tolerant ölkə olması barədə fikirlərini Bakıda anadan olan və burada təhsil alan biri kimi dəstəkləmək mənim üçün çox xoşdur”, - deyə səfir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə