YAP Siyəzən rayon təşkilatı imzatoplama kampaniyasında fəallıq nümayiş etdirir

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

Kampaniyanın başlaması ilə əlaqədar YAP Siyəzən rayon təşkilatının Seçki Qərargahında müşavirə keçirilib.

YAP Siyəzən rayon təşkilatı bu kampaniyaya yüksək fəallıq şəraitində başlayıb. Partiya fəalları tələb olunan sayda imzaların toplanması üçün səylər göstərir, ölkə əhalisinin seçkilərə böyük ruh yüksəkliyi ilə qatılmalarından, imzatoplamada fəal iştiraklarından məmnunluq hissi keçirdiklərini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə