11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şamaxı rayon Şöbəsi prezident seçkiləri ilə bağlı imza toplama kompaniyasına start verib. SİA-nın verdiyi məlumata görə, bu gün rayon şöbəsinin Seçki Qərargahının toplantısı keçirilib.
Toplantıda bildirilib ki, kvota üzrə Şamaxı rayonundan 600 imzanın toplanması nəzərdə tutulur və bu bütün rayon ərazilərini, kənd və qəsəbələrini əhatə edir. Toplantıda əminliklə bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin qeydə alınması üçün rayon üzrə nəzərdə tutulan 600 imzanın çox qısa müddətdə toplamaq mümkün olacaq.
İNAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB