“Məktəb Parlamenti” başa çatdı

"İRƏLİ" Gənclik Mərkəzində "Məktəb Parlamenti" layihəsinin 2011-2012–ci il təhsil ili üçün bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, bağlanış mərasimində layihə rəhbəri Nigar Quliyeva, "İRƏLİ" İctimai Birliyinin Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov və "İRƏLİ" fəalları iştirak ediblər.


Tədbirdə layihə iştirakçıları "İlin koordinatoru" və "İlin spikeri" nominasiyaları üzrə təltif olunublar. Eyni zamanda layihədə aktiv iştirak edən üzvlərə sertifikatlar təqdim olunub. "İlin məktəbi " adına isə Akademik Zərifə Əliyeva adına liseyin Məktəb Parlamenti layiq görülüb.


Növbəti təhsil ili üçün də "Məktəb parlamenti" layihəsinə ərizə qəbulu davam edəcək. "Məktəb Parlamenti" layihəsinin məqsədi məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik bacarıqlarının inkişafı, məktəbdə özünü idarəetmə anlayışını formalaşdırmaq, ictimai işlərlə məşğul olmasını stimullaşdırmaq, milli dövlətçilik və vətəndaş şüurunu təbliğ etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə