I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib. SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11187 abituriyentdən 1105 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib. Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib. Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyun saat 10:00-dan 1 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Salyanda "Ford" və "Mersedes" toqquşub, xəsarət alanlar var
Müsahibə 23:31İsveçrə- Kanada oyunu başlayıb - (YENİLƏNƏCƏK)
İdman 23:22Bu şəhərlərdə idman zonaları istifadəyə verilib
İdman 22:30Əli Əsədov və Numan Qurtulmuş arasında görüş olub
Siyasət 22:03Şəhər ritmində yay...
Dəb 21:35Ən yüksək sürücülük rejimləri qazanılmalıdır.
Texnologiya 21:08“Dəstənizi götürün və çıxın..!”
Dünya 18:28Moskvada yanacaq kanistri çatışmazlığı yaranıb
Dünya 17:50Maşın bazarında bahalaşma olacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:33Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
Sosial 15:42Əməkdaşlıqda yeni səhifə açıldı - MƏQALƏ
Siyasət 15:41Dünyada arılar kütləvi şəkildə məhv olur
Dünya 15:03"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
İdman 14:50Azərbaycanın ən böyük elektrik stansiyasının istehsal həcmi açıqlanıb
İqtisadiyyat 13:13Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Siyasət 13:09Sabah Bakıda və rayonlarda yağış yağacaq
Sosial 13:09UNEC dünyanın ən yaxşı 301-400-cü universitetidir
Təhsil 12:31Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
İdman 12:16Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib
Sosial 12:15Müasir insan rahatlıq axtararkən təbiətdən uzaqlaşır - KÖŞƏ
Köşə yazıları 11:25ADY: Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq
İqtisadiyyat 10:43Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib
İqtisadiyyat 10:40Güzgüdəki dəri, həyatdakı izlər - KÖŞƏ
Sosial 10:35Azərbaycan nefti 79 dollara satılır
İqtisadiyyat 09:59Krıma güclü hücum...
Dünya 08:46Ölüm nisbəti 25 faizi keçib...
Səhiyyə 08:33“Struktur tükənməsi” Rusiya iqtisadiyyatını bürüyür...
İqtisadiyyat 08:18Bakıda bu klinikanın fəaliyyəti dayandırıldı
Səhiyyə 04:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9317
-0,50%
-
GBP
2,2427
-0,33%
-
RUB
2,2810
-0,82%

.jpg)

