BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

2026/2027-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) əmək bazarının tələblərinə uyğun olaraq magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq.

BDU-dan SİA-ya bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 7, Sosial elmlər və psixologiya fakültəsi 7 yeni ixtisaslaşma, Geologiya fakültəsində 4, Fizika fakültəsində 4, Jurnalistika fakültəsində 3, Coğrafiya fakültəsində 3, Ekologiya və torpaqşünaslıq fakültəsində 3, Biologiya fakültəsində 3, Kimya fakültəsində 2, Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2, Mexanika-riyaziyyat fakültəsində 2, Hüquq fakültəsində 1, İnformasiya və sənəd menecmenti fakültəsində 1 yeni ixtisaslaşma

açılacaq.

Xatırladaq ki, yeni ixtisaslaşmalar Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatına uyğun olaraq yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə