“SAF-da 30 beynəlxalq münsif yer alacaq"

“Oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı STEAM Azərbaycan layihəsinin rəhbəri İlqar Nəzərov deyib.

O bildirib ki, yarışda iştirak üçün 2500 nəfər, 625 komanda qeydiyyatdan keçib: Festivalda iştirak edən komandaların 225-i Bakı, Abşeron, 348-i regionlar, 54-ü xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkə iştirakçısı qeydiyyatdan keçib, ümumilikdə 20 ölkənin yarışda iştirakı gözlənilir. Yarışda 30 beynəlxalq münsif yer alacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə