BANM-in tələbəsi Mannheimer təqaüdünün yeganə qalibi oldu - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Elmir Hacızadə Almaniyada keçirilən “International Youth Meeting 2024”də iştirak edib. BANM-dən SİA-ya bildirilib ki, Elmir Mannheimer təqaüdünün yeganə qalibi olaraq, Daxau şəhərinin icra orqanları tərəfindən dünyada yalnız bir iştirakçıya verilən bu mükafatı qazanıb.

Tədbir zamanı Elmir Hacızadə Azərbaycanın tarixi, mədəniyyəti, milli musiqisi və adət-ənənələri haqqında çıxışlar edib. Bu çıxışlar dünyanın müxtəlif ölkələrindən olan gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Proqram çərçivəsində tələbə Bavariya vilayətinin parlament üzvləri ilə görüşlərdə də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə