Bu bölgələrdə dövlət qulluqçuları üçün təlimlər keçirilib

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi (DİM) əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar olaraq, DİM tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək. DİM-dən SİA-ya bildirilib ki, Bərdə, Ağcabədi, Ağdam, Tərtər rayonlarında keçirilən üçgünlük təlimlər “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularını əhatə edib.

Təlim iştirakçılarına mövzular ətrafında məlumat verilib, onlarla aparılıb və sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə