Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Aprelin 7-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Təhsil İnstitutundan bildirilib ki, şagirdlər nəticələrini https://kenquru24.az/ saytında və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Müsabiqə ilə əlaqəli müraciətlər aprelin 23-dək Office@arti.edu.az ünvanı vasitəsilə qəbul edilir.

Final mərhələsinə keçid balları Təhsil İnstitutunun saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə