UNEC QS reytinqində yeni uğura imza atıb

Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "İqtisadiyyat, Ekonometrika" üzrə keçənilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə UNEC-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Qeyd olunub ki, bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə