Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220” mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İnstitutdan bildirilib ki, dəyirmi masada professor Hacı Həsənov Car-Balakən ərazisinin tarixinə nəzər salıb. Qeyd edib ki, XVIII əsrin sonunda çar Rusiyası Car-Balakən üçün real təhlükə olmağa başladı: “Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə idi. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya Şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi.
Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başladı. Martın 8-də Balakən ələ keçirildi. Aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığının və İlisu sultanlığının Rusiyanın itaətinə keçməsi haqqında “Andlı öhdəlik” (müqavilə) imzalandı. Beləliklə, Rusiya imperiyası Car-Balakən camaatlığını işğal etdi və Azərbaycan xanlıqlarına gedən yolu açdı”.
Dəyirmi masada dosent Ramil Niftəliyevin “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı”, dosent Vidadi Umudlunun “12 aprel 1803-cü il “Andlı öhdəliyi”, dosent Ənvər Məmmədovun “Car-Balakən camaatları işğal ərəfəsində”, professor Hacı Həsənovun “P.D. Sisianov rus işğalının bariz ifadəsi” mövzusunda məruzələri dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB