Distant təhsil gələcəyimizi necə qaranti edir? - MÜNASİBƏT BİLDİRİLDİ

Distant təhsil gələcəyimizi necə qaranti edir? - MÜNASİBƏT BİLDİRİLDİ

Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəində beynəlxalq təhsil üçün xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Distant Təhsil və ya Onlayn (online) təhsil indi ən önəmli təhsil metoduna çevirilməktədir. Çünki dünyanı öz təsir altına alan koronavirus distant təhsili ən populyar mövzulara çevirdi. Distant təhsil gələcəyimizi necə qaranti edir?

SİA mövzu ilə bağlı təhsil eksperti Elnur Aydının fikirlərini öyrənib.

O bildirib ki, məktəbəqədər, ibtidai və ümumi orta təhsil müəssisələrində tədrisin onlayn formada keçirilməsi arzuolunan deyil: "Bu təhsil səviyyələrində tədrisin əyani formada keçirilməsi zəruridir. Təbii ki, əyani formada tədrisi hər hansı bir səbəbdən qura bilməriksə, o zaman onlayn platformalarda məsafədən təhsilin qurulmasına hər zaman hazır olmalıyıq.

Ümumtəhsil məktəblərinin yuxarı siniflərində, orta ixtisas müəssisələrində, ali təhsil müəssisələrində tədrisin məsafədən təşkilində ciddi problem görmürəm. Tədrisin distant formada təşkilini keyfiyyətli hala gətirmək lazımdır. Bunun üçün istifadə edəcəyimiz virtual məkan keyfiyyətli təhsilə imkan verməlidir. Xüsusən də müəllimlər onlayn dərslərini bu cür platformalarda interaktiv formada təşkil etmə bacarıqlarına sahib olmalıdırlar. Bunun üçün müəllimlərin innovativ təlim texnologiyalarını yaxşı mənimsəməsi lazımdır.

Təhsilverənlər də onlayn tədrisin fəal iştirakçısı olma bacarığına sahib olmalıdır. Qeyd etdiyim işləri qura bilsək, bu halda keyfiyyətli distant tədrisin təşkilindən söhbət gedə bilər. Distant təhsil bizə məkanından və zamanından asılı olmayaraq, istənilən yaşda ömürboyu təhsil alma imkanı verir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə