Türkiyə Qars-İğdır-Aralıq dəmir yolunun tikintisini davam etdirir- nazirdən AÇIQLAMA
"Türkiyə Zəngəzur dəhlizində nəqliyyat əlaqələrinin inkişafı üçün çox vacib olan Qars-İğdır-Aralıq dəmir yolu xəttinin tikintisini davam etdirir."
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Türkiyəli nazirin sözlərinə görə, bu xətt Türkiyənin şərq istiqamətində dəmir yolu əlaqələrinin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir.
Layihə Türkiyənin nəqliyyat şəbəkəsinin Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana çıxışını təmin etmək və Türkiyə, Azərbaycan və Ermənistan arasında əlaqələrin inkişafını daha da asanlaşdırmaq məqsədi daşıyır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB