“Azərbaycan regionda təhlükəsizliyə töhfə verən əsas ölkələrdən biridir” - ŞƏRH

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yaxından töhfə verən ölkələrdən biridir. Hazırda Azərbaycan 16 ölkə, o cümlədən Avropa İttifaqına üzv olan 12 ölkəyə təbii qazı nəql edir. Eyni zamanda, Avropa İttifaqı və Avropa Komissiyası ilə münasibətlərin geniş inkişaf etməsi və dərinləşməsi müşahidə olunur”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Avropanın təbii qaz itxalında Azərbaycan ən böyük 5-ci tərəfdaşdır: “Təbii ki, bu da Azərbaycanın artan rolunu göstərir və Suriya daxil olmaqla fərqli regionlarda yerləşən dövlətlərə təbii qaz ixracatı bir mənalı şəkildə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da gücləndiyindən xəbər verir.
Bu baxımdan, enerji sahəsində əmakdaşlıq, nəqliyyat və logistikada dərinləşən münasibətlər, ondan xəbər verir ki, Azərbaycan regionun orta güc dövlətinə çevirilib və praktik olaraq regionda təhlükəsizliyə töhfə verən əsas ölkələrdən biridir.

Nurgün Qənizadə

Bütün xəbərlər Facebook səhifəmizdə