Rusiyada yanacaq qiymətləri kəskin bahalaşır. Artıq qiymətlər Ukraynanın Rusiyanın neft emalı zavodlarına PUA-larla endirdiyi yeni zərbələrdən sonra maksimum səviyyəyə yüksəlib.
“Moskva Tayms” nəşrinin yazdığına görə, 9–13 fevral tarixləri arasında Аİ-92 markalı benzinin orta topdansatış qiyməti 6,9% artaraq bir tonu 62 431 rubla çatıb. 95 markalı benzin isə ötən həftə ərzində 5,8% bahalaşaraq bir tonu 63 545 rubla yüksəlib.
“Qiymət artımı ötən ilin iyulundan bəri ən kəskin artım olub”, – məlumatda qeyd olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB