Azərbaycan IOSCO-nun 50-ci illik toplantısında təmsil olunub - FOTOLAR

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (International Organization of Securities Commissions - IOSCO) Qətərin paytaxtı Dohada keçirilmiş 50-ci İllik Toplantısında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun (QFMA) rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb. Tərəflər hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə