Gələcək əməkdaşlıq imkanları müzakirə olunub - FOTOLAR

Azərbaycanda işgüzar səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının növbəti iclasının bu ilin payızında keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda, ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə