Azərbaycan neftinin qiyməti cüzi azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.03 ABŞ dolları və ya 0.04% azalaraq 75,68 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,71 ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə