Siqaretin bahalaşması nələrə səbəb olacaq? - İQTİSADÇI DANIŞDI

“Sosial layihə olaraq siqaretin və alkaqollu içkilərin bahalaşmasının tərəfdarıyam. Yəni bu bahalaşma ilə həm əhalinin bir qismi siqaretdən istifadə kimi pis vərdişlərdən çəkinə bilərlər, digərlər tərəfdən isə uşaqların istifadəsini də məhdudlaşdıra bilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Amma məsələ burasındadır ki, siqaret, alkaqollu içkilər təklif edən şəxslər üçün bu önənli deyil. Əgər bu belə omasaydı bu kimi sahibkarlar bir gecədə siqaretin qiymətini 2- 3 manat bahalaşdıra bilərdilər. Amma bu siqaret sənayesinin zərərinə ola bilərdi, çünki bunun nəticəsində 20-30% insan siqareti ata bilər. Ona görə də bu kimi sənaye obyektləri qiyməti 10-20 qəpik artırırlar ki, siqaret istifadəçiləri siqaretdən imtina etməsinlər, digər tərəfdəndə yavaş-yavaş siqaret istehsalçılarının mənfəəti artsın.

Yəni bugün siqaretin bahalaşmasının əsas səbəbi siqaret istehsalçılarının mənfəətinin artmasıdır. Bu tamamilə siqaret biznesinin istehsalı ilə məşğul olan camiyyənin, dairənin gəlirlərinin və mənfəətinin artırılmasını hədəfləyir. Bunun cəmiyyətə nə əvvəl, nə də bundan sora heç bir xeyri olmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə